Haqqımızda Reklam
01 
Sen
2026
19:54
7
2
1919

Hərbi xidmətə çağırış qaydaları dəyişdirilib

Gürcüstan hökumətinin qərarı ilə ölkədə hərbi xidmətə çağırış qaydalarında dəyişiklik edilib. 24News.ge xəbər verir ki, hökumətin qərarına əsasən, şəxs hərbi qeydiyyata alınması ilə bağlı bildiriş və ya çağırış vərəqəsini qəbul etmədiyi halda, sənəd Agentliyin rəsmi internet səhifəsində dərc olunacaq və bundan sonra rəsmi şəkildə təqdim edilmiş hesab ediləcək. Yeni qaydalara əsasən, çağırış vərəqəsi rəsmi şəkildə təqdim edildikdən sonra şəxs 10 təqvim günü ərzində Agentliyin müvafiq struktur bölməsinə müraciət etməlidir. Sənəddə çağırış vərəqəsinin təqdim edilməsi qaydaları da müəyyənləşdirilib. Əgər çağırış vərəqəsini hərbi xidmətə çağırılacaq şəxsə təqdim etmək mümkün olmazsa, Agentlik ən geci 2 iş günü ərzində çağırışla bağlı bildirişi öz rəsmi internet səhifəsində dərc edəcək. Belə halda sənəd dərc edildiyi gündən 7-ci təqvim günündə təqdim edilmiş hesab olunacaq. Həmçinin şəxs bildirişi qəbul etməkdən imtina edərsə, bu barədə sənəddə müvafiq qeyd aparılacaq və sənəd Agentliyə qaytarılacaq. Bu halda da bildiriş təqdim edilmiş hesab ediləcək. Çağırış vərəqəsini hərbi qeydiyyata alınmalı şəxsin yetkinlik yaşına çatmış ailə üzvü qəbul edərsə və ya onu qəbul etməkdən imtina edərsə, sənəd yenə də təqdim edilmiş hesab olunacaq. Qaydalara əsasən, SMS və ya elektron poçt vasitəsilə göndərilən bildirişə 2 iş günü ərzində cavab verilmədikdə, eləcə də sənədin poçt vasitəsilə göndərilməsi mümkün olmadıqda, Agentlik bildirişi öz rəsmi internet səhifəsində dərc edəcək. Bu halda da bildiriş dərc edildikdən 7 təqvim günü sonra rəsmi şəkildə təqdim edilmiş hesab olunacaq və şəxs həmin tarixdən etibarən 10 təqvim günü ərzində Agentliyin müvafiq struktur bölməsinə gəlməli olacaq.

www.24news.ge