Haqqımızda Reklam
01 
Sen
2026
16:17
6
1
307

Gürcüstan və Türkiyə Polis Akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi rəsmi səfər çərçivəsində Tbilisidə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili tərəfindən qəbul edilib. 24News.ge xəbər verir ki, görüş Daxili İşlər Nazirliyində geniş tərkibdə keçirilib. Görüşdə Gürcüstan daxili işlər nazirinin birinci müavini Roni Mesxi, nazir müavini Aleksandre Daraxvelidze və nazirliyin müxtəlif bölmələrinin rəhbərləri də iştirak ediblər. Tərəflər Gürcüstan və Türkiyənin daxili işlər nazirlikləri arasında mövcud sıx və səmərəli əməkdaşlığı müzakirə edib, gələcək əməkdaşlığın daha da genişləndirilməsi üzrə prioritetləri müəyyənləşdiriblər. Görüşdə xüsusilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığa diqqət yetirilib. Nazirlər mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və əlaqələrin inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər. Görüşün sonunda Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi dəvət və səmərəli görüş üçün gürcü həmkarına təşəkkür edib və onu Türkiyəyə cavab səfərinə dəvət edib. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Türkiyə Milli Polis Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil və akademik sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur. Sənədi Gürcüstan İctimai Təhlükəsizlik və Polis Akademiyasının rəhbəri Giorgi Saxokia və Türkiyə Milli Polis Akademiyasının rəhbəri Murat Balcı imzalayıblar. DİN-in məlumatına görə, memorandumun əsas məqsədi tədris, təhsil və elmi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsidir. Qeyd olunur ki, əldə olunan razılaşma polis təhsili sahəsində Gürcüstan və Türkiyənin daxili işlər nazirlikləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək. Qeyd edək ki, səfər çərçivəsində iki ölkənin daxili işlər nazirləri Gürcüstan Daxili İşlər Nazirliyinin ərazisində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinə ucaldılmış memorialın önünə əklil də qoyublar.

www.24news.ge