Haqqımızda Reklam
01 
Sen
2026
18:04
7
2
119

Pezeşkian: ABŞ öhdəliklərini yerinə yetirsə, İran da eyni addımı atacaq

İran ABŞ-ın anlaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qayıdacağı təqdirdə, Tehran da eyni addımı atmağa hazırdır. 24News.ge xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bildirib. “ABŞ tərəfindən üzərinə götürülmüş öhdəliklərin pozulmasına İran tərəfindən proporsional cavab verilib. Lakin açıq şəkildə bildirirəm ki, ABŞ anlaşma memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qayıdarsa, İran İslam Respublikası da dərhal eyni addımı atacaq”, – deyə Pezeşkian bildirib. Onun sözlərinə görə, İran ABŞ-dan fərqli olaraq beynəlxalq öhdəlik və müqavilələrə əməl etmək baxımından “qüsursuz təcrübəyə” malikdir. Qeyd edək ki, ABŞ və İran arasında iyunun 17-də münaqişənin başa çatdırılması məqsədilə yekun razılaşmanın əldə olunması üçün 60 günlük müddəti nəzərdə tutan anlaşma memorandumu imzalanmışdı. Razılaşmanın müddəti ötən ay yekun sənəd imzalanmadan başa çatıb.

www.24news.ge