Haqqımızda Reklam
21 
Avq
2026
10:23
2
5
201

Ukrayna “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Maşa və Ayı” animasiya serialının yaradılmasında iştirak edən Rusiya vətəndaşları və təşkilatlarına qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb. 24News.ge xəbər verir ki, fərmana əsasən, sanksiyalar cizgi serialının yaradılması və yayılmasında iştirak edən “Animaccord” studiyasına və beş Rusiya vətəndaşına şamil olunub. Onların arasında studiyanın təsisçisi və baş direktoru, ssenarist, rejissor, prodüser və serialın hüquq sahibi də var. Ukrayna tərəfinin açıqlamasında bildirilir ki, “Maşa və Ayı” uşaqlar üçün nəzərdə tutulmuş məzmun adı altında “prorusiyalı narrativlər” yayır və bu, Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab olunur. Qeyd edək ki, tətbiq edilən məhdudiyyətlərin nəticəsində serialın Ukrayna ərazisində yayımlanmasının qarşısının alınması və onunla bağlı sosial media resurslarının bloklanması nəzərdə tutulur

www.24news.ge