Haqqımızda Reklam
06 
Avq
2026
20:52
10
11
123

Baş nazir Batumi dəniz limanında konteyner və gübrə terminallarına baxış keçirib

Baş nazir İrakli Kobaxidze iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze ilə birlikdə Batumi dəniz limanında konteyner və gübrə terminallarına baxış keçirib. Hökumət başçısı obyektlərin imkanları və gələcəkdə həyata keçirilməsi planlaşdırılan infrastruktur layihələri ilə tanış olub. Baş nazir Batumi limanının infrastrukturunun və terminallarının ölkənin nəqliyyat-logistika imkanlarının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Batumi limanında yük dövriyyəsi rekord həddə çatıb. İlk yeddi ayın göstəricilərinə əsasən demək olar ki, cari il Batumi limanı üçün yük dövriyyəsi baxımından rekord il olacaq. Gələcəkdə liman infrastrukturumuzun maksimum inkişafı üçün bütün addımlar atılmalıdır. Poti limanı da çox vacibdir. Hazırda Anakliya limanının infrastrukturunun yaradılması istiqamətində fəal işləyirik. 2029-cu ilə qədər Anakliya limanında ilk gəmilərin qəbul edilməsi və layihənin birinci mərhələsinin tamamlanması planlaşdırılır”, – deyə İrakli Kobaxidze bildirib.

www.24news.ge