Haqqımızda Reklam
06 
Avq
2026
20:34
9
5
1627

İrakli Qaribaşvili klinikaya yerləşdirilib

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili klinikaya aparılıb. Bu barədə məlumatı onun vəkili Mixeil Şaqulaşvili təsdiqləyib. Vəkilin sözlərinə görə, İrakli Qaribaşvili yalnız bir gün müddətində xəstəxanada olub və vəziyyətində narahatlıq doğuracaq heç bir hal qeydə alınmayıb. “Bəli, klinikaya aparılıb, lakin bu, təcili hal olmayıb. Planlı tibbi müayinə üçün yerləşdirilmişdi. Müayinələrdən keçdikdən sonra geri qayıdıb. Heç bir panikaya əsas yoxdur, hər hansı xəstəlik aşkar edilməyib. Sadəcə analizlər götürülüb və s.”, – deyə Mixeil Şaqulaşvili “TV Pirveli”yə açıqlamasında bildirib.

www.24news.ge