Haqqımızda Reklam
06 
Avq
2026
20:40
5
6
880

Müxalifət lideri barəsində hökm çıxarılıb

Məhkəmə “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Nika Melianı məhkəməyə hörmətsizlik faktı üzrə təqsirli bilib. Hakim Nino Elişvilinin qərarına əsasən, Nika Melia 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin bu cəza onun əvvəlki hökmünü əhatə etdiyindən, Melia planlaşdırıldığı kimi 2026-cı ilin dekabrında həbsdən azad olunacaq. Məlumata görə, Nika Melia məhkəməyə hörmətsizlikdə, konkret olaraq inzibati işlər üzrə kollegiyanın hakimi Tornike Koçkianini sözlə təhqir etməkdə ittiham olunurdu. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi (hakimin təhqiri ilə ifadə olunan məhkəməyə hörmətsizlik) ilə irəli sürülüb. Bu maddə 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge