Haqqımızda Reklam
06 
Avq
2026
16:42
5
2
1186

Qızılhacılı kəndində gərginlik yaşanıb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qaz təchizatı ilə bağlı SOCAR Georgia Gas və Mamed Gas şirkətləri arasında yaranmış gərginlik davam edir. 24News.ge xəbər verir ki, bu gün günorta saatlarında “SOCAR Georgia Gas”ın əməkdaşları polis müşayiəti ilə kənddə yerləşən “Mamed Gas” şirkətinin ofisinə gəliblər. Şirkət nümayəndələri “Mamed Gas”ın prezidenti Nəriman Allahverdiyev ilə görüşmək istəsələr də, yerli sakinlər onların binaya daxil olmasına icazə verməyib və ərazidən uzaqlaşdırıblar. Hadisədən sonra Nəriman Allahverdiyev jurnalistlərə açıqlama verib. Nəriman Allahverdiyev bildirib ki, o, nə SOCAR-ın, nə də SEMEK-in qərarlarına tabe deyil və qanunvericiliyə uyğun olaraq sahib olduğu qaz xətlərini heç kimə təhvil vermək niyyətində deyil.

www.24news.ge