Haqqımızda Reklam
04 
Avq
2026
13:36
2
0
394

“SOCAR Georgia Gas” Qızılhacılı sakinlərinə qeydiyyatla bağlı müraciət edib

Marneuli bələdiyyəsinin Qızılhacılı sakinləri üçün “SOCAR Georgia Gas”ın abonenti kimi qeydiyyatdan keçmək üçün son tarix sabah – 5 avqustdur. 24News.ge xəbər verir ki, bununla bağlı “SOCAR Georgia Gas” Qızılhacılıdaki abonentlərə müraciət edib. Müraciətdə deyilir: "Qeydiyyatdan keçmək üçün Marneuli şəhəri, Yağlıca küçəsi 23 ünvanında yerləşən xidmət mərkəzinə müraciət etməlisiniz. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədi, ünvanı, telefon nömrəsini və sayğacın fotosunu təqdim etməlisiniz. Məlumatları həmçinin şirkətin rəsmi elektron poçt ünvanına – socargas@socar.ge, eləcə də 'WhatsApp' və 'Viber' vasitəsilə 577 33 03 46 nömrəsinə göndərə bilərsiniz. Əlavə suallarınız yaranarsa, 16114 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Nəzərə alın! Abonent kimi qeydiyyatdan keçmədiyiniz halda 'SOCAR Georgia Gas' sizə xidmət göstərə bilməyəcək və qaz təchizatınız dayandırılacaq".

www.24news.ge