Haqqımızda Reklam
04 
Avq
2026
10:53
7
1
177

Meriya əməkdaşı rüşvət alarkən saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən keçirilən istintaq və operativ tədbirlər nəticəsində Batumi meriyasının “Batumi Bələdiyyə İnspeksiyası”nın tikinti nəzarəti üzrə əməkdaşı saxlanılıb. 24News.ge xəbər verir ki, qurumdan verilən məlumata görə, saxlanılan şəxs Batumi şəhərində qanunsuz tikilmiş kommersiya obyektinə görə tətbiq olunmalı cərimədən yayındırmaq müqabilində vətəndaşdan külli miqdarda rüşvət tələb edib və alıb. O, cinayət başında təqsirləndirilən şəxs qismində saxlanılıb. Bildirilib ki, saxlanılan əməkdaşın əsas vəzifəsi Batumi ərazisində aparılan bütün tikinti obyektlərinə nəzarət etmək, həmçinin icazəsiz və qanunsuz həyata keçirilən tikinti işlərinə qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görmək olub. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə altı ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge