Haqqımızda Reklam
04 
Avq
2026
10:25
4
4
516

Qaracala kəndində 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Telavi bələdiyyəsində baş verən bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib. 24News.ge xəbər portalına daxil olan məlumata görə, 56 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb. Hadisə ötən gün axşam saatlarında Qaracala kəndində baş verib. Yerli sakinlərin sözlərinə görə, orta yaşlı kişi qonşusuna zədələnmiş elektrik xəttinin təmirində kömək edərkən həyətində yerləşən elektrik dirəyinə çıxıb. Bu zaman onu elektrik cərəyanı vurub və o, hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge