Haqqımızda Reklam
04 
Avq
2026
02:15
14
8
994

Ukrayna Türkiyə bayrağı altında üzən gəmiyə dron hücumu həyata keçirib

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. 24News.ge xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə dörd heyət üzvü yaralanıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət etdiyi və Novorossiyskdən 30 dəniz mili məsafədə vurulduğu bildirilir. Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, hücum zamanı altı-yeddi drondan istifadə olunub. Hücumdan sonra baş verən yanğına gəmi heyəti müdaxilə edib. Ərazidə dronların aktivliyi səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinin kömək məqsədilə gəmiyə yaxınlaşmaqda çətinlik çəkdiyi bildirilir. Gəminin göyərtəsində olan 22 dənizçi Rusiya limanına təxliyə edilib.

www.24news.ge