Haqqımızda Reklam
16 
Iyl
2026
20:13
6
1
712

Polşada itkin düşən Rabit Bakıyevin avtomobili çaydan tapılıb (VİDEO)

Polşanın Kostrzyn şəhərində ötən ilin fevral ayından itkin düşən Marneuli bələdiyyəsinin Algeti kənd sakini, 38 yaşlı Rabit Bakıyevin avtomobili çaydan tapılıb. 24News.ge xəbər verir ki, bu barədə portalımıza onun yaxınları məlumat veriblər. Bildirilib ki, Rabit Bakıyev ötən ilin fevral ayında yaşadığı evdən işə getmək üçün çıxıb və həmin vaxtdan etibarən ondan heç bir xəbər alınmayıb. Yaxınları Rabit Bakıyevin taleyi ilə bağlı hər hansı məlumata malik olan şəxslərdən +995 558 65 02 22 və ya WhatsApp vasitəsilə +48 728 084 258 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirlər.

www.24news.ge