Haqqımızda Reklam
16 
Iyl
2026
15:26
8
7
2825

Marneulidə qadın 4-cü mərtəbədən yıxılıb

Marneulidə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən qadın yıxılıb. 24News.ge xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 26 May küçəsində yerləşən yaşayış binasında baş verib. Müxtəlif bədən xəsarətləri alan qadın Marneulidəki klinikalardan birinə çatdırılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və patrul polisi əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (şəxsin intihara sövq edilməsi və ya intihar həddinə çatdırılması) ilə istintaq aparılır.

www.24news.ge