Haqqımızda Reklam
16 
Iyl
2026
16:39
11
2
408

Zaxarova: "Kobaxidzenin ATƏT ilə bağlı səsləndirdiyi fikirlərin əlavə təsdiqə ehtiyacı yoxdur"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ATƏT Parlament Assambleyası ilə bağlı səsləndirdiyi fikirlərin əlavə təsdiqə ehtiyacı yoxdur. 24News.ge xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi mətbuat konfransında danışıb. Ona jurnalistlər tərəfindən Rusiyanın Xarici İşlər Nazirliyinin Kobaxidzenin ATƏT və Avropa institutlarını Gürcüstanda hakimiyyətin zorla dəyişdirilməsinə cəhd göstərməkdə ittiham edən açıqlaması ilə razı olub-olmadığı barədə sual ünvanlanıb: "Hesab edirəm ki, Gürcüstanın Baş nazirinin sözlərinin bizim təsdiqimizə ehtiyacı yoxdur. Söhbət öz ölkəsini sevən və xalqını təmsil edən suveren dövlətin rəhbərindən gedir. Görünür, o, ATƏT Parlament Assambleyasının illik sessiyasında qəbul edilən Haaqa Bəyannaməsini nəzərdə tuturdu. Həmin sənəddə Gürcüstanda keçirilən seçkilərin qeyri-demokratik olduğu barədə qətnamə də yer alıb. ATƏT Parlament Assambleyasının bu cür addımları bizim üçün təəccüblü deyil. Assambleya çoxdan aqressiya, aqressiv ritorika və destruktiv fəaliyyət yolunu seçib, parlamentlərarası dialoqdan isə imtina edib", – deyə Zaxarova bildirib. Onun sözlərinə görə, bəzi dövlətlər ATƏT platformasından yalnız Rusiyanı deyil, digər ölkələri də tənqid etmək üçün istifadə edir, o cümlədən köhnəlmiş "Moskva Mexanizmi" alətini tətbiq edirlər. "Onların Gürcüstana qarşı səsləndirdiyi bütün ittihamlar yalandır və həqiqəti əks etdirmir", – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

www.24news.ge