Haqqımızda Reklam
15 
Iyl
2026
22:26
3
1
142

Marneulidə abituriyentlərlə ixtisas seçimi mövzusunda görüş keçirilib (VİDEO)

Marneuli Mədəniyyət Evində müəllim və təlimçi Abbas Abbasovun təşəbbüsü ilə "Düzgün ixtisas seçimi" mövzusunda abituriyentlərlə görüş keçirilib. 24News.ge xəbər verir ki, tədbirdə Marneuli meri Daur İsmayılov da iştirak edib. Mer çıxışında gəncləri qarşıdan gələn tələbə həyatı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. O, həmçinin Marneuli bələdiyyəsinin tələbə və gənclərə dəstək məqsədi daşıyan proqramlarından bəhs edib, xüsusilə öz təşəbbüsü ilə gənclər layihələri üçün ayrılan büdcənin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb. Daha sonra çıxış edən Abbas Abbasov abituriyentlərə düzgün ixtisas seçiminin əhəmiyyətindən danışıb, peşə seçimi zamanı nəzərə alınmalı məqamları izah edib. O, həmçinin imtahanöncəsi motivasiya, psixoloji hazırlıq və imtahan qaydaları ilə bağlı tövsiyələrini bölüşüb. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge