Haqqımızda Reklam
15 
Iyl
2026
19:42
4
2
55

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyulun 16-da Gürcüstana rəsmi səfər edəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb. Məlumata əsasən, Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi saat 11:30-da Prezident Sarayında keçiriləcək. Səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Sərdar Berdiməhəmmədov arasında təkbətək görüş də planlaşdırılıb. Liderlərin görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də regional gündəlikdə yer alan məsələləri müzakirə edəcəkləri bildirilib.

www.24news.ge