Haqqımızda Reklam
15 
Iyl
2026
14:11
3
9
415

Müxalifət liderini avtomobil vurub – xəstəxanaya yerləşdirilib

“Dəyişikliklər Naminə Koalisiya”nın liderlərindən biri Zurab "Girçi" Caparidze yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. 24News.ge xəbər verir ki, bu barədə siyasətçi özü sosial şəbəkədə məlumat yayıb. Caparidzenin sözlərinə görə, hadisə skuterlə hərəkətdə olarkən baş verib və onu avtomobil vurub: “Skuterdə olarkən məni avtomobil vurdu. Özümü yaxşı hiss edirəm, sınığım yoxdur, yalnız əzilmələr və beyin silkələnməsi var. Hazırda klinikadayam, müayinələrdən keçirəm. Polis gəldi, müşahidə kameralarının görüntülərini götürəcəyini bildirdi. Hadisənin harada baş verdiyini, sürücünün kim olduğunu və nə baş verdiyini hələ xatırlamıram”, – deyə Zurab Caparidze paylaşımında yazıb.

www.24news.ge