Haqqımızda Reklam
15 
Iyl
2026
12:59
2
15
3467

Ağır qəza nəticəsində 19 yaşlı qız həyatını itirib

Kaspi–Kavtisxevi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. 24News.ge xəbər verir ki, qəza zamanı 19 yaşlı qız həyatını itirib. Məlumata görə, qızın olduğu avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına çırpılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, avtomobilin sürücüsü saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı və 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge