Haqqımızda Reklam
15 
Iyl
2026
13:49
3
6
1189

Tikintidə çökmə baş verib: 30 yaşlı kişi həlak olub

Kutaisi şəhərində yaşayış binasının tikintisi zamanı baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. 24News.ge xəbər verir ki, hadisə İoseliani küçəsində inşa olunan yaşayış binasında qeydə alınıb. Məlumata görə, beton tökülməsi zamanı konstruksiya çöküb. Nəticədə 30 yaşlarında bir kişi beton və dəmir konstruksiyanın altında qalaraq həyatını itirib. Hadisə yerinə cəlb olunan xilasedicilər meyiti dağıntılar altından çıxarıblar.

www.24news.ge