Haqqımızda Reklam
15 
Iyl
2026
10:30
23
1
2256

Xüsusi əməliyyat keçirilib, 121 nəfər saxlanılıb (VİDEO)

Ölkə üzrə keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində narkotik cinayətləri ittihamı ilə 121 nəfər saxlanılıb, onlardan 59-u narkotik vasitələrin satışı sxemində müxtəlif formalarda iştirak etməkdə şübhəli bilinir. 24News.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. David Kiknadze bildirib ki, keçirilən axtarışlar nəticəsində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb. Bunlara metadon, alfa-PVP, kokain, ketamin, buprenorfin, marixuana, çətənə bitkisi və digər narkotik maddələr daxildir. Bildirilir ki, Hüquq-mühafizə orqanları, həmçinin, ifşa məqsədilə onların adına göndərilmiş maskalanmış bağlamaları dəyişdirərək saxlanılan şəxsləri ələ keçirib və həmin bağlamalardan xüsusilə külli miqdarda narkotik vasitələri maddi sübut kimi götürüb. Şübhəlilərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar, eləcə də istintaq eksperimenti zamanı onların göstərdikləri ünvanlardan satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 260, 260³, 260⁴, 261 və 265¹-ci maddələri ilə istintaq aparılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. David Kiknadzenin sözlərinə görə, cari ilin ilk altı ayı ərzində narkotik cinayətləri ilə bağlı təxminən 5 min nəfər cinayət məsuliyyətinə cəlb olunub.

www.24news.ge