Haqqımızda Reklam
22 
Iyn
2026
12:02
6
2
416

Attestatların verilməsi üçün müraciətlərin qəbulu başlayıb

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tam orta təhsili (12-ci sinif) təsdiq edən dövlət sənədi – attestatın verilməsi üçün müraciətlərin qəbuluna bu gündən başlayıb. 24News.ge xəbər verir ki, qurumun yaydığı məlumata görə, attestat almaq üçün müraciətlər Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmət mərkəzlərində, Ədliyyə Evlərinin filiallarında və mobil Ədliyyə Evlərində qəbul olunur. Bildirilib ki, attestat üçün müraciəti şəxsiyyət vəsiqəsinə malik məktəb məzunu, onun qanuni nümayəndəsi (etibarnamə əsasında), yaxud yaşı 18-dən az olan şəxslər üçün valideyn təqdim edə bilər. Məlumata əsasən, hazır sənəd 31 dekabr tarixinədək müraciət edildiyi halda, ərizə təqdim olunduqdan sonra 10-cu iş günü ödənişsiz şəkildə veriləcək. Agentlik qeyd edib ki, kağız daşıyıcısında attestatı aldıqdan sonra vətəndaşlar elektron attestatı da my.gov.ge portalından yükləyə bilərlər. Elektron attestat orijinal sənədlə eyni hüquqi qüvvəyə malikdir. Elektron attestatın istənilən vaxt yüklənməsi mümkündür. Bunun üçün müraciət zamanı təqdim olunan yaddaş kartında göstərilmiş ərizə nömrəsi və xüsusi koddan istifadə edilməlidir.

www.24news.ge