Haqqımızda Reklam
22 
Iyn
2026
16:06
2
3
313

Xutor-Lejbəddin və Yuxarı Qullarda genişmiqyaslı tikinti işləri aparılır (VİDEO)

Marneuli bələdiyyəsinin Xutor-Lejbəddin kəndində, Alget çayı üzərində sahilbərkitmə işləri həyata keçirilir. Təhlükəsizliyin təmin olunması məqsədilə çayın hər iki sahilində ümumilikdə 28 metr uzunluğunda qoruyucu divar inşa ediləcək. 24News.ge xəbər verir ki, layihə yerli büdcə hesabına maliyyələşdirilir və onun dəyəri 87 568 lari təşkil edir. Paralel olaraq, Yuxarı Qullar kəndində də işlərə başlanılıb. Burada məhəllədaxili yolların reabilitasiyası həyata keçirilir. Layihə çərçivəsində 3 küçədə ümumilikdə 2 380 metr uzunluğunda yeni asfalt-beton örtüyü salınacaq, həmçinin drenaj və kanalizasiya sistemləri qurulacaq. Layihənin 2026–2027-ci illərdə icrası nəzərdə tutulur. Tamamilə yerli büdcə hesabına maliyyələşdirilən layihənin dəyəri 1 049 699 lari təşkil edir. İnfrastruktur layihələrinin icra vəziyyəti ilə Marneuli meri Daur İsmayılov, Kvemo Kartli üzrə dövlət nümayəndəsi İliya Calağaniya, Parlamentin üzvü Zaur Darğallı və digər rəsmi şəxslər yerində tanış olublar. Rəhbər şəxslər həmçinin yerli sakinlərlə görüş keçiriblər. Görüş zamanı vətəndaşların qarşılaşdıqları problemlər və ehtiyaclar müzakirə olunub, onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge