Haqqımızda Reklam
22 
Iyn
2026
12:53
15
11
936

Marneuli–Sadaxlı avtomobil yolunda 25 videomüşahidə kamerası quraşdırılacaq

Marneuli–Sadaxlı avtomobil yolunda 25 ədəd videomüşahidə kamerasının quraşdırılması planlaşdırılır. 24News.ge xəbər verir ki, bununla bağlı Marneuli bələdiyyəsi müvafiq avadanlıqların satın alınması üçün tender elan edib. Tender sənədlərində satınalmanın təxmini dəyəri 10 593 lari təşkil edir. Tenderdə iştirak etmək istəyən şirkətlər müraciətlərini 24–26 iyun tarixlərində təqdim edə biləcəklər. Müqavilə bağlandıqdan sonra qalib şirkət işləri 30 gün müddətində tamamlamalı olacaq.

www.24news.ge