Haqqımızda Reklam
22 
Iyn
2026
13:30
3
8
1136

Xidquri kənd sakini Tbilisidə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Ötən gün Tbilisinin Didube rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 35 yaşlı sürücü həyatını itirib. 24News.ge-nin məlumatına görə, hadisə nəticəsində həyatını itirən şəxs Kaspi bələdiyyəsinin Xidquri kənd sakinidir. Məlumata görə, yük maşınının daşıdığı dəmir-beton konstruksiyalar əyləcləmə zamanı yerindən tərpənərək sürücünün kabinəsinə düşüb. Şahidlərin sözlərinə əsasən, sürücü qəfil əyləc verib, nəticədə avtomobildə daşınan ağır konstruksiyalar önə doğru sürüşərək kabinənin üzərinə aşıb. Hadisə nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerində hüquq-mühafizə orqanlarının və Fövqəladə Halların İdarəetmə Xidmətinin əməkdaşları çalışırlar. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başlanılıb.

www.24news.ge