Haqqımızda Reklam
15 
Iyn
2026
11:12
14
7
162

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç bu gün, iyunun 15-də ilk dəfə Gürcüstana rəsmi səfər edəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Serbiya Prezidentini səfərdə həyat yoldaşı və dövlət nümayəndə heyəti müşayiət edəcək. Prezident sarayında Serbiya dövlətinin başçısının rəsmi qarşılanma mərasimi olacaq. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Aleksandr Vuçiçlə təkbətək görüş keçirəcək və tərəflər ikitərəfli əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

www.24news.ge