Haqqımızda Reklam
18 
Iyn
2026
14:00
17
11
816

Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" da zərər görüb. 24News.ge xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, dronlardan bir neçəsi "Sadovod" ticarət kompleksinin iki hissəsinə ziyan vurub. Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur "Sadovod" ticarət kompleksi "Kiyevskaya ploşad" (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan - Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir. Xatırladaq ki, bu gün səhər saatlarında PUA hücumu nəticəsində Moskvadakı neft emalı zavodunda da dəhşətli partlayış baş verib.

www.24news.ge