Haqqımızda Reklam
18 
Iyn
2026
18:27
4
6
277

Marneulinin Kəsik Təpə ərazisində arxeoloji tədqiqatlar davam edir (FOTO)

Marneuli Munisipalitetinin İmir kəndi ərazisində yerləşən Kəsik Təpə abidəsində arxeoloji tədqiqat işləri intensiv şəkildə davam etdirilir. 24News.ge xəbər verir ki, qazıntılar Gürcüstan Milli Muzeyi tərəfindən Kanadanın Toronto Universiteti ilə əməkdaşlıq çərçivəsində, Gürcüstanın Mədəniyyət Nazirliyi və Milli Şərab Agentliyinin dəstəyi ilə həyata keçirilir. Marneuli Munisipalitetinin meri Daur İsmayılov, Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəklənməsi Xidmətinin rəhbəri İoane Laşxi, eləcə də Təhsil, Mədəniyyət, İdman və Gənclər İşləri Şöbəsinin müdiri Elquca Kupatadze ilə birlikdə qazıntı sahəsinə baş çəkərək ekspedisiya üzvləri ilə görüşüb. Rəsmi şəxslər aparılan tədqiqatların gedişi ilə yerində tanış olub və layihənin əhəmiyyəti barədə məlumatlandırılıblar. Mütəxəssislərin bildirdiyinə görə, son beynəlxalq elmi araşdırmalar Gürcüstanı buğda bitkisinin mənşəyinin ən qədim və müstəqil ocaqlarından biri kimi təsdiqləyib. Bu nəticələr əsasən Marneuli munisipaliteti ərazisində yerləşən Kəsik Təpə və Şulaver Təpə abidələrində aşkar edilmiş arxeoloji materialların tədqiqi əsasında əldə olunub. Qeyd olunur ki, Kəsik Təpə Neolit dövrünə aid ən mühüm arxeoloji abidələrdən biri hesab edilir. Burada aparılan tədqiqatlar qədim əkinçilik mədəniyyətinin formalaşması, ilk məskunlaşma prosesləri və Cənubi Qafqazın tarixi ilə bağlı mühüm elmi məlumatların əldə olunmasına imkan yaradır. Dünya elmi ictimaiyyətinin diqqət mərkəzində olan bu abidədə aparılan araşdırmalar regionun qədim tarixi və mədəni irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

www.24news.ge