Haqqımızda Reklam
18 
Iyn
2026
14:33
17
6
463

Moskva ilə birgə Rusiyanın bir çox şəhərləri PUA hücumuna məruz qalıb

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə üzərində 555 ədəd Ukrayna PUA-sını məhv edib. 24News.ge xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Krım, Vladimir, Kaluqa, Kursk, Lipetsk, Oryol, Smolensk, Tambov, Tver, Tula, Rostov, Ryazan, Moskva vilayətləri və Azov dənizinin suları üzərində vurulub. Bundan başqa bu səhər PUA hücumu nəticəsində Moskvadakı neft emalı zavodunda dəhşətli partlayış baş verib. Ukraynanın PUA hücumları nəticəsində Moskvadakı “Sadovod” ticarət mərkəzində də yanğınlar baş verib.

www.24news.ge