Haqqımızda Reklam
18 
Iyn
2026
14:53
12
4
161

Marneuli şəhərində Məhərrəm ayı ilə bağlı gürcü və azərbaycan dillərində bannerlər quraşdırılıb (VİDEO)

Marneuli şəhərində Məhərrəm ayının başlanması münasibətilə gürcü və Azərbaycan dillərində məlumatlandırıcı bannerlər quraşdırılıb. Bannerlər şəhərin müxtəlif mərkəzi küçə və prospektlərində yerləşdirilərək sakinlərin diqqətinə təqdim olunub. 24News.ge xəbər verir ki, bannerlər Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə quraşdırılıb. Bannerlərdə Məhərrəm ayının mənəvi əhəmiyyəti və bu müqəddəs ayın başlanması ilə bağlı mesajlar yer alıb. İkidilli formatın seçilməsi Marneuli bələdiyyəsində yaşayan müxtəlif etnik qrupların məlumatlandırılması və ictimai həmrəyliyin təşviqi məqsədi daşıyır.

www.24news.ge