Haqqımızda Reklam
15 
Iyn
2026
10:04
20
3
585

Marneulidə azyaşlı məktəb yoldaşından pul və qızıl tələb edən şəxs saxlanılıb (VİDEO)

Marneulidə azyaşlı şəxs məktəb yoldaşını qorxudaraq və fiziki zorakılıqla hədələyərək ondan mütəmadi şəkildə pul və qiymətli əşyalar almaqda ittiham olunaraq saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən həmyaşıd məktəb yoldaşını hədələyərək ondan sistematik şəkildə pul və qiymətli əşyalar tələb edib. İstintaq materiallarına əsasən, zərərçəkmiş şagird müxtəlif vaxtlarda saxlanılan şəxsə ümumilikdə 1 350 lari pul və 10 000 lari dəyərində qızıl zinət əşyaları verib. DİN-in Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır. Həmin maddə böyük məbləğdə əmlak əldə etmək məqsədilə törədilən hədə-qorxu ilə tələb etmə cinayətinə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge