Haqqımızda Reklam
15 
Iyn
2026
08:40
16
3
356

ABŞ və İran arasında razılaşma əldə edilib

ABŞ və İran arasında razılaşma əldə edilib və onun imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək. 24News.ge xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif bu barədə "X" sosial şəbəkəsində məlumat verib. O, intensiv danışıqlardan sonra tərəflərin Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında sülh barədə razılığa gəldiyini bildirib. Şərif həmçinin rəsmi imzalanma mərasiminin cümə günü, iyunun 19-da İsveçrədə keçiriləcəyini açıqlayıb. O, bidirib ki, tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını elan ediblər. Amerika Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. "İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm", - deyə Tramp bildirib. O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib. "Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və eyni zamanda ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm", - deyə ABŞ Prezidenti qeyd edib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib ki, ABŞ-İran sazişi Yaxın Şərqdə növbəti 50 il ərzində köklü dəyişikliklərə səbəb ola bilər. Onun sözlərinə görə, əgər İran sazişin şərtlərinə əməl etsə, bu, növbəti 50 il ərzində Yaxın Şərqi köklü şəkildə dəyişdirəcək. Vens qeyd edib ki, saziş müharibəyə son qoya, regionun investisiya cəlbediciliyini artıra və Amerika istehlakçıları üçün enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.

www.24news.ge