Haqqımızda Reklam
11 
Iyn
2026
12:56
2
1
377

Rustavidə baş verən kütləvi dava ölümlə nəticələnib

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Polis İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, nəticədə isə insan ölümünə səbəb olmaqda təqsirləndirilən bir nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bir kişiyə fiziki zorakılıq tətbiq edib. Mübahisə zamanı zərərçəkən yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində dünyasını dəyişib. Polis əməkdaşları tərəfindən "isti izlərlə" həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanları davada iştirak etmiş digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində aktiv istintaq hərəkətlərini davam etdirirlər. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Həmin maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge