Haqqımızda Reklam
11 
Iyn
2026
12:35
6
5
565

İmamquliyev Zaur Darğallı və Daur İsmayılovu yalan danışmaqda ittiham edib

Siyasətçi Əhməd İmamquliyev Qızılhacılı kəndində təbii qazın kəsilməsi ilə bağlı keçirilən görüşü tənqid edib. 24News.ge xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən siyasətçi görüşdə iştirak edən parlament üzvü Zaur Darğallı və Marneuli meri Daur İsmayılov barədə ittihamlar səsləndirib. Paylaşımında o bildirib ki, Qızılhacılı kəndində sakinlərlə keçirilən görüş zamanı yerli qaz təchizatçısı olan “Mamed” MMC və onun rəhbəri Nəriman Allahverdiyev əsassız şəkildə günahlandırılıb. Siyasətçi hesab edir ki, kənddə yaranmış vəziyyətə görə məsuliyyət hakimiyyətin üzərinə düşür. İmamquliyev həmçinin qeyd edib ki, Marneuli rayonunun digər kəndlərində müxtəlif şirkətlər tərəfindən təqdim olunan təbii qazın qiyməti 0,57 lari təşkil edir və onun sözlərinə görə, “Mamed” MMC də qazı eyni tariflə satdığı üçün qanun pozuntusuna yol vermir: "Dünən gecə marionet kukla Zaur Darğallı və təyin olunmuş mer Daur İsmayilov Qızılhacılı kəndinə gedərək həmişə olduğu kimi xalqa yalan məlumat yayaraq yerli “Mamed” MMC şirkətini və onun rəhbəri olan ağsaqqal Nəriman Allahverdiyevi günahkar çıxartmağa çalışdılar. Əziz xalqım, hörmətli Qızılhacılı sakinləri bu yalançılara inanmayın, bu məsələdə yeganə günahkar var və o da hakimiyyətdir! Zaur və Daur cütlüyünə burdan tövsiyəm odur ki Marneulinin kəndlərində başqa şirkətlər tərəfindən verilən qazın qiymətini öyrənin. Bütün kəndlərdə qiymət 0,57 laridir. “Mamed” MMC şirkəti 0,57 lariyə satdığı üçün heç bir qanun pozuntusu etmir. (41) gürcü arzusu hakimiyyətinin məqsədi odur ki bu iş Nəriman Allahverdiyevin əlindən alınsın. Vəssalam. Qızılhacılı kəndinə təcili qaz verilməlidir! Hakimiyyət bunu təmin etməlidir daha yox ki, gəlib xalqa yalan satmamalıdır!", - deyə Ə.İmamquliyev qeyd edib.

www.24news.ge