Haqqımızda Reklam
03 
Fev
2026
22:14
21
9
1125

800 milyon larilik güzəştli aqrokreditdən 4 mindən çox vətəndaş yararlanıb

2025-ci ildə kənd təsərrüfatı sektorunun inkişafına dəstək məqsədilə həyata keçirilən güzəştli aqrokredit proqramı çərçivəsində 4 400 benefisiar maliyyə dəstəyi alıb. 24News.ge xəbər verir ki, bu barədə məlumat Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin illik hesabatında yer alıb. Hesabata əsasən, proqram çərçivəsində benefisiarlara ümumilikdə 800 milyon lari məbləğində güzəştli aqrokredit ayrılıb. Maliyyə vəsaiti əsasən kənd təsərrüfatının ilkin istehsalı, məhsulların emalı, saxlanması və satış proseslərinin təkmilləşdirilməsinə yönəldilib. Nazirliyin məlumatına görə, 2025-ci il ərzində ayrılan kreditlər üzrə dövlətin birgə maliyyələşdirmə həcmi 200 milyon laridən çox olub. Bu isə aqrar sektorun davamlı inkişafının təmin olunması baxımından mühüm göstərici hesab olunur. Bununla yanaşı, hesabatda uzunmüddətli statistika da əksini tapıb. Belə ki, 2013-cü ildən 2025-ci ilin noyabr ayınadək ölkə üzrə 49 900 benefisiara ümumilikdə 8 milyard lari məbləğində güzəştli aqrokredit verilib. Həmin dövrdə dövlət tərəfindən kredit faizlərinin subsidiyalaşdırılması üçün ayrılan vəsaitin həcmi isə 1,3 milyard larini keçib. Qeyd olunur ki, güzəştli aqrokredit proqramı kənd təsərrüfatında istehsal potensialının artırılması, fermerlərin maliyyə imkanlarının genişləndirilməsi və aqrar biznesin dayanıqlığının təmin olunmasında mühüm rol oynayır.

www.24news.ge