Haqqımızda Reklam
04 
Nybr
2025
17:36
29
2
2176

Avropa İttifaqı hesabat açıqladı: Gürcüstan hökuməti təcili Avropa yoluna qayıtmalıdır

Avropa İttifaqı (Aİ) Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Avropa İttifaqına üzvlük yoluna qayıtmağa çağırıb. 24News.ge xəbər verir ki, bu barədə 4 noyabrda dərc olunan Aİ-nin 2025-ci il genişlənmə siyasəti üzrə kommunikəsində qeyd olunur. Sənəddə vurğulanır ki, Gürcüstan demokratiya sahəsindəki geriləməni təcili şəkildə dayandırmalı və islahatlar istiqamətində real addımlar atmalıdır: “Gürcüstan demokratiya istiqamətindəki geriləməni dərhal dayandırmalı, namizəd ölkə üçün müəyyən olunmuş doqquz addıma uyğun şəkildə çoxpartiyalı dəstəklə və vətəndaş iştirakçılığı ilə hazırlanacaq islahatlara başlamalıdır. Bu proses Aİ-nin dəyərləri və prinsiplərinə tam uyğun həyata keçirilməlidir.” Avropa Şurasının 2024-cü ilin dekabr qərarlarını xatırladan Aİ bildirir ki, Gürcüstan hökumətinin son addımları üzvlük prosesinin faktiki olaraq dayanmasına səbəb olub. Sənəddə qeyd olunur ki, Gürcüstan hökuməti vətəndaş cəmiyyəti, media və müxalifət liderlərinə qarşı repressiv addımlar atıb, bu isə demokratik prosesləri zəiflədir və vətəndaş iştirakını məhdudlaşdırır. Müxalifətin səkkiz nümayəndəsi 7–8 ay müddətinə azadlıqdan məhrum edilib və iki il ərzində dövlət vəzifəsi tutmaqdan məhrum olunub. Hesabatda vurğulanır ki, vətəndaş cəmiyyətinə qarşı təhdidlər, düşmənçilik ritorikası və zorakılıq halları artıb. Parlamentin QHT-lərin qərar qəbuletmə prosesində iştirakını ləğv etməsi və hakimiyyətin Avropa İttifaqına üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarı da tənqid olunur. Dərc olunmuş Genişlənmə Siyasəti Kommünikesinə əsasən, Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi faktiki olaraq dayandırılıb. Avropa Komissiyası qeyd edir ki, hazırda Gürcüstan yalnız ad baxımından namizəd ölkə kimi qiymətləndirilir. “Gürcüstan hökuməti kurs dəyişikliyinə sarsılmaz sədaqət göstərməli və Avropa İttifaqına üzvlük yoluna qayıtmalıdır,” – deyə sənəddə bildirilir.

www.24news.ge