Haqqımızda Reklam
24 
Avq
2026
21:49
5
2
91

Peskov: "Ermənistan Aİ-yə üzvlük müraciəti edərsə, ziddiyyətlə üzləşəcək"

Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciət təqdim etməsi ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qanunvericilik ziddiyyəti ilə üzləşməsinə səbəb ola bilər. 24News.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Peskovun sözlərinə görə, Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalı olacaq. Onun fikrincə, bu standartlar Rusiya və Avrasiya İqtisadi İttifaqında qəbul edilmiş qaydalarla ziddiyyət təşkil edir: “Burada dövlət başçılarımızın müzakirə etdiyi çox mühüm məqam var. Aİ-yə müraciət etdikdən sonra Ermənistan öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalı olacaq. Bu standartlar bizim və Avrasiya İqtisadi İttifaqında qəbul edilmiş standartlarla ziddiyyət təşkil edir. Məhz burada Ermənistanın özünə zərər verəcək ziddiyyətlərlə qarşılaşacağıq”, – deyə Peskov bildirib. Kremlin sözçüsü Ermənistanı Aİ-yə üzvlük müraciəti ilə bağlı digər ölkələrin təcrübəsini nəzərə almağa çağırıb: “Avropa İttifaqına üzvlük müraciətinə gəlincə, Türkiyənin və bir sıra digər ölkələrin təcrübəsini xatırlamağı tövsiyə edirəm. Onların müraciət etməsindən onilliklər keçib, lakin vəziyyət dəyişməyib”, – deyə Peskov qeyd edib. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Aİ-yə üzvlüklə bağlı müraciət prosesinə yaxın gələcəkdə başlayacağını bildirib.

www.24news.ge