Haqqımızda Reklam
24 
Avq
2026
21:12
2
4
55

Prezident Kavelaşvili Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ukraynanı və Ukrayna xalqını ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib. 24News.ge xəbər verir ki, Kavelaşvili Ukrayna xalqına sülh, möhkəmlik və layiqli gələcək arzulayıb. “Ukraynanı və Ukrayna xalqını müstəqilliyin 35-ci ildönümü münasibətilə təbrik edirəm! Müstəqillik xalqın azad seçiminin, dövlət ləyaqətinin və öz gələcəyini müəyyənləşdirməsinin ali ifadəsidir. Tarixi azadlıq uğrunda fasiləsiz mübarizədən ibarət olan Gürcüstan suverenliyin əsl qiymətini yaxşı bilir. Bu xüsusi gündə Ukrayna xalqına sülh, möhkəmlik və layiqli gələcək arzulayıram”, – deyə Prezident bildirib.

www.24news.ge