Haqqımızda Reklam
24 
Avq
2026
19:37
49
10
2146

15 yaşlı Umut Sofiyev Tbilisi gölündə boğularaq itkin düşüb

Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev Tbilisidə göldə boğularaq həyatını itirib. 24News.ge xəbər verir ki, hadisə ötən gün saat 18:30 radələrində baş verib. Məlumata görə, Umut dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib və qəfil suda boğulub. Hadisə yerinə xilasedicilər çağırılsa da, onun tapılması mümkün olmayıb. Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Kənd sakinlərinin sözlərinə görə, axtarışlar zamanı xilasedicilər qayıq və digər vasitələrdən istifadə etsələr də, əraziyə dalğıc cəlb olunmayıb.

www.24news.ge