Haqqımızda Reklam
20 
Mar
2024
11:34
33
5
3528

16 yaşlı qızın intim görüntülərini əldə edərək onu paylaşacağı ilə hədələyən gənc saxlanılıb (VİDEO)

Sosial şəbəkədə tanış olduğu 16 yaşlı qızın intim görüntülərini əldə edərək onu paylaşacağı ilə hədələyən 17 yaşlı gənc saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, 17 yaşlı təqsirləndirilən şəxs “Messenger” sosial şəbəkəsində 16 yaşlı zərərçəkmiş qızla tanış olub, bir müddət sonra zərərçəkmiş rəqsini əks etdirən videonu könüllü olaraq bu şəxsə göndərib. Daha sonra təqsirləndirilən şəxs zərərçəkmişdən intim xarakterli videonu çəkib ona göndərməsini tələb edib, əks halda “Photoshop” kompüter proqramından istifadə edərək onun rəqs videosunu çılpaq halda rəqs edən qız kimi montaj edəcəyi və bu materialı yaymaqla hədələyib. Hədə-qorxu nəticəsində zərərçəkmiş azyaşlı həmin gün yaşadığı mənzilin hamamında intim videosu çəkib və onu “Messenger” vasitəsilə təqsirləndirilən şəxsə göndərib. Xüsusi İstintaq Xidmətinə edilən müraciət əsasında 17 yaşlı gənc şəxsi həyat sirrini pozmaq və seksual xarakterli hərəkətlərə məcbur etmə ittihamı ilə həbs edilib. Faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırmalar davam etdirilir, saxlanılan şəxsi 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge