Haqqımızda Reklam
06 
Iyn
2026
10:03
3
0
104

Batumidə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan iki Türkiyə vətəndaşı saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları və Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi tərəfindən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikasının iki vətəndaşı saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər Türkiyə hüquq-mühafizə orqanlarının müraciəti əsasında müxtəlif cinayətlərə görə İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa veriliblər. Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri nəticəsində məhkum olunmuş şəxsləri Batumidə müxtəlif vaxtlarda saxlayıblar. Hazırda saxlanılan şəxslərlə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.

www.24news.ge