Haqqımızda Reklam
06 
Iyn
2026
11:08
5
1
101

17 kriptovalyuta “mayneri” aşkarlanıb, son üç gündə müsadirə olunan cihazların sayı 212-yə çatıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamenti əməkdaşları Mestia bələdiyyəsində enerji resurslarından istifadə qaydalarının pozulması faktları üzrə aparılan istintaq çərçivəsində keçirilən axtarışlar zamanı əlavə 17 ədəd kriptovalyuta hasilatı üçün istifadə olunan “mayner” cihazı aşkarlayıb və müsadirə ediblər. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, son üç gün ərzində ümumilikdə 212 ədəd belə cihaz müsadirə olunub. İstintaqın məlumatına əsasən, yerli sakinlər bu avadanlıqlar vasitəsilə böyük həcmdə elektrik enerjisindən qanunsuz istifadə edərək mütəmadi şəkildə kriptovalyuta hasil edib və qeyri-qanuni gəlir əldə ediblər. Qurumdan bildirilib ki, cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən olunması və onlar barəsində müvafiq hüquqi tədbirlərin görülməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 229¹-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi üzrə aparılır. Həmin maddə təqsirli bilinən şəxslər üçün üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

www.24news.ge