Haqqımızda Reklam
20 
Fev
2024
15:58
39
9
901

Gürcüstana gələn hər beşinci ziyarətçi Rusiya vətəndaşıdır

Gürcüstana gələn hər beşinci xarici ziyarətçi Rusiya vətəndaşıdır. 24News.ge xəbər verir ki, bu barədə "Transparency International - Georgia" qeyri-hökumət təşkilatının araşdırmasında qeyd olunur. Bildirilir ki, Pandemiya səbəbindən 2020-2021-ci illərdə Rusiyadan gələnlərin sayı 85% azalıb. 2022-ci ildə pandemiyanın başa çatması və Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiyadan ziyarətçilərin gəlişi yenidən xeyli artıb. 2022-ci ildə Rusiyadan 1,1 milyon ziyarətçi olub ki, bu da 2021-ci illə müqayisədə 5 dəfə çox, lakin 2019-cu illə müqayisədə 26% azdır. 2023-cü ildə Rusiyadan 1,4 milyon ziyarətçi gəlib ki, bu da 2022-ci ilin göstəricisindən 30% çoxdur. Rusiyadan nə qədər ziyarətçinin Gürcüstanda uzunmüddətli yaşamaq üçün qalması ilə bağlı dəqiq statistika isə yalnız 2022-ci ilə qədər məlumdur. Saxstat-ın məlumatına görə, 2022-ci ildə 62 300 Rusiya vətəndaşı Gürcüstanda yaşamaq üçün qalıb, yəni immiqrant kimi qeydiyyata alınıb. 2023-cü il üçün miqrasiya rəqəmləri bu ilin aprelində açıqlanacaq. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyadan Gürcüstana 1,856 milyon ziyarətçi daxil olub, 1,887 milyon nəfər isə geri qayıdıb.

www.24news.ge