Haqqımızda Reklam
16 
Okt
2026
18:17
11
0
155

Aİ Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) 2026-cı ildə Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq. 24News.ge xəbər verir ki, bu barədə Aİ-nin Tbilisidəki nümayəndəliyi məlumat yayıb. Nümayəndəlikdən bildirilib ki, 1992-ci ildən bəri Avropa İttifaqı Gürcüstanda kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, müxtəlif layihələrə 2 milyard avrodan çox investisiya yatırıb. Lakin bəyanata görə, Aİ bundan sonra vəsaitləri dövlət orqanlarını birbaşa maliyyələşdirmədən, yalnız ayrı-ayrı layihələrin həyata keçirilməsinə yönəltmək barədə qərar qəbul edib. Nümayəndəlikdən qeyd edilib ki, ayrılan vəsaitlər əhalinin dəstəklənməsinə, regionların inkişafına və sosial-iqtisadi təşəbbüslərin həyata keçirilməsinə yönəldiləcək. "2026-cı ildə Avropa İttifaqı bütün Gürcüstan üzrə ailələrin və yerli icmaların həyatında real müsbət dəyişikliklərə kömək etməyə davam etməklə, yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro ayıracaq", - deyə məlumatda bildirilib.

www.24news.ge