Haqqımızda Reklam
09 
Okt
2023
13:01
32
9
4031

ELAN - Marneulidə müxtəlif sahələr üzrə işçi axtarılır

Marneulidə fəaliyyət göstərən "LLC TS Group" şirkətinə müxtəlif sahələr üzrə işçi axtarılır. 24News.ge xəbər portalı sözügedən sahələr üzrə tələbləri aşağıda sizə təqdim edir: ●► Mühasib üzrə tələb: - Mal materialın uçotuna nəzarət; - Satışın programında işlənməsi və s; - Mühasibat sənədlərinin rəsmiləşdirilməsi; - Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; - Əsas vəsaitlər üzrə istehsalın hesablanması; - Ay sonu hesabatlarının hazırlanması. ● Əmək şəraitinin şərtləri: - Əmək haqqı: 1300-1500 lari; - İş vaxtı: 6 iş günü, saat 09:00-18:00-dək; - İstirahət günləri: Bazar günü; - İş yeri: Marneuli-Koda şosesi, Marabda kəndi yaxınlığı. ● Namizədlərdən müraciət üçün tələb olunanlar: - Xanım namizədlər CV-lərini marabda.sales@tsgroup.az e-mail ünvanına göndərməli; - Təhsil: Ali - Mövcud sahədə ən az 1 il iş təcrübəsi (xüsusilə istehsalat təcrübəsi arzu olunandır); - Dillər - Gürcücə (əla), rus (orta), azərbaycan ( arzu olunandır); - MS Office, xüsusilə MC Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; - Xüsusi analitik düşüncə və təşkilatçılıq bacarıqları - Peşəkar yazı və ünsiyyət bacarıqları; - Yaş həddi: 22-40 aralığı; ●► Anbarlar üzrə menecer vəzifəsinin tələbi: - Hazır məhsulun saxlanılmasının və buraxılışının, onların yerləşdirilməsinin, anbar sahəsindən səmərəli istifadəsinin təmin edilməsi; - Anbara yığılan hazır məhsulun qorunub saxlanılmasını, saxlama rejiminə riayət edilməsini, mədaxil və məxaric kimi sənədlərin verilməsi və rəsmiləşdirmə qaydalarının təmin edilməsi; - Anbarda yükləmə və boşaltma işlərinin normalara müvafiq təşkilinin təmin edilməsi; - Aylıq, rüblük, illik anbar hesabatların hazırlanmasının təşkili; - Tələb olunan saxlanma şəraitinin yaradılması; - Texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət; - Anbar qalıqlarının səviyyəsinin planlaması; - İnventarizasiya prosesinin təşkili; - Anbar heyətinin idarə edilməsi; - Anbarlar arası hərəkətin təşkili; - Anbar əməliyyatlarında iştirak edilməsi və daimi nəzərdə saxlanılması Əmək şəraitinin şərtləri; - Əmək haqqı: 1300-1500 lari; - İş vaxtı: 6 iş günü, saat 08:00-18:00-dək; - İstirahət günləri: Bazar günləri; - İş yeri: Marneuli-Koda şosesi, Marabda kəndi yaxınlığı. ● Namizədlərdən müraciət üçün tələb olunanlar: - Namizədlərin CV-ləri marabda.sales@tsgroup.az e-mail ünvanında qəbul edilir; - Təhsil: Ali; - Mövcud sahədə ən az 1 il iş təcrübəsi (arzu olunandır); - Dillər Gürcücə (əla), rus (orta), azərbaycan (arzu olunandır); - MS Office, xüsusilə MC Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; - Xüsusi analitik düşüncə və təşkilatçılıq bacarıqları; - Peşəkar yazı və ünsiyyət bacarıqları; - Yaş həddi: 22-40 aralığı. ●► Fəhlə üzrə tələb: - Zavodun təmizliyinə nəzarət; - Təmir zamanı kömək və s; ● Əmək şəraitinin şərtləri: - Əmək haqqı: 1000 lari; - İş vaxtı: 6 iş günü, saat 08:00-18:00-dək; - İstirahət günləri: Bazar günü; - İş yeri: Marneuli-Koda şosesi, Marabda kəndi yaxınlığı; ● Namizədlərdən müraciət üçün tələb olunanlar: - Namizədlər bu nomrəyə zən vursunlar ( +995) 511 11 20 20; - Yaş həddi: 22-55 aralığı; İşlə bağlı əlavə məlumat almaq üçün əlaqədar şəxs - Tural Ramazanov (Tel: ( +995 511 11 20 20)

www.24news.ge