Haqqımızda Reklam
27 
Okt
2022
15:18
53
4
1602

Axılı-Lələ sakinləri kənd məscidinin tikintisinə görə tətbiq edilən cərimələrdən şikayətlənirlər

Marneuli bələdiyyəsinin Axılı-Lələ kənd sakinləri kənd məscidinin tikintisinə yaradılan süni maneələrdən və tətbiq edilən cərimələrdən şikayətlənirlər. 24News.ge xəbər portalına müraciət edən bir qrup kənd sakini, məscid və ətrafında gedən tikinti işləri ilə bağlı Marneuli meriyası tərəfindən artıq bir neçə dəfə cərimə tətbiq edildiyini bildirirlər. Sakinlərin sözlərinə görə, 2 ildən artıq müddət ərzində qanuni tələbləri yerinə yetirib rəsmi şəkildə tikiliş üçün aidiyyəti qurumlara sənədlər verilsə də, lakin buna müsbət cavab verilməyib. Kənd sakinləri bildirirlər ki, məscidə və ətrafında inşa olunan dəstəmzaxanaya yazılan cərimələrin miqdarı artıq 10 000 larini keçib.

www.24news.ge