Haqqımızda Reklam
25 
Avq
2026
16:47
3
0
265

ABŞ-ın hərbi təyyarəsi Moskvaya enib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi Moskvaya enib. 24News.ge xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Flightradar24 məlumatlarına görə, Boeing C-17A Globemaster III tipli təyyarə avqustun 25-də səhər saatlarında Moskvanın Vnukovo hava limanına enib. Təyyarə təxminən saat 08:50-də Latviyanın paytaxtı Riqadan havaya qalxıb və saat 10:04-də Moskvaya çatıb. Məlumata görə, təyyarə avqustun 23-də ABŞ-ın Merilend ştatında yerləşən Endryus aviabazasından Riqaya uçub. Endryus aviabazası ABŞ prezidentinin xüsusi təyyarələrinin və yüksək vəzifəli dövlət rəsmilərinin hava nəqliyyatının istifadəsində olan bazalardan biridir. Təyyarənin Moskvaya hansı məqsədlə uçduğu, göyərtəsində kimlərin olduğu və nə daşıdığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ-a məxsus hərbi təyyarənin Moskvaya enməsi barədə məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, bu həftə Moskvada ABŞ administrasiyasının nümayəndələri ilə planlaşdırılan görüş təstiqlənməyib.

www.24news.ge