Haqqımızda Reklam
12 
Nybr
2026
11:06
5
1
247

Yaşadıqları binada ər-arvadı qətlə yetirən şəxs saxlanılıb (VİDEO)

Tbilisidə ər-arvadın yaşadıqları yaşayış binasında qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə noyabrın 11-də baş verib. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs avtomatik odlu silahdan atəş açaraq ər-arvada çoxsaylı güllə yaraları yetirib və hadisə yerindən qaçıb. Hər iki şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb. Qurumun bildirdiyinə görə, cinayətin baş verməsinə əmlak məsələləri, konkret olaraq, şübhəlinin maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı mübahisə səbəb olub. Hüquq-mühafizə orqanları həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəlini hadisədən qısa müddət sonra saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda iki nəfəri qəsdən öldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan 109 və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge