Haqqımızda Reklam
11 
Nybr
2026
18:49
9
3
2209

Gənclər arasında kütləvi dava baş verib, xəsarət alanlar var

Tbilisinin Vake rayonunda təxminən 15 nəfər arasında mübahisə davaya çevrilib. 24News.ge xəbər verir ki, yayılan məlumata görə, hadisə nəticəsində bir nəfər bıçaqlanıb, digər bir neçə nəfər isə yüngül xəsarətlər alıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan 120-ci maddəsi ilə araşdırma aparılır.

www.24news.ge