Haqqımızda Reklam
11 
Nybr
2026
20:06
12
7
2249

Marneuli–Tbilisi yolunda qəza: Avtomobil piyadanı vurub

Marneuli–Tbilisi avtomobil yolunun Candar ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər verir ki, avtomobil yolu keçən piyadanı vurub. Məlumata görə, qəza nəticəsində piyada yüngül xəsarətlər alıb. O, təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge